MaraqlıTəbiət

Şimal işıqlarının hipnozedici sirli səsləri yazılıb

1.18Kviews

İsveçdə şimal işıqlarının səbəb olduğu nəhəng axın, enerji nəqli xətlərində lazer atışına bənzəyən səslər yaradıb.

İsveç, Norveç və s. ölkələrdə ilin müəyyən fəsillərində şimal işıqlarını seyr etməyə alışmışıq. Ancaq indiyə qədər onların necə bir səsə sahib olduğunu heç bilmirdik. İsveçli bir tur rəhbəri olan Oliver Rayt, Milad günü turistik Abisko bölgəsində, ecazkar şimal işıqları mənzərəsi altında bir qrup səyahətçi ilə etdiyi səfər zamanı bir sıra maraqlı səslər eşidib və qeyd etməyə başlayıb. Əsrarəngiz səslər elmi-fantastik filmlərindəki lazer silahı səslərinə bənzəyir.

Avroranın səsi.
Oliver Rayt və yanındakı komanda səslərin yaxınlardakı enerji tranzit xətlərindən gəldiyini fərq ediblər. Əslində bu səslərin mənbəyi şimal işıqlarından gələn elektro maqnatik cərəyanın enerji xətləri üzərində mexaniki hərəkətə çevrilməsi ilə yaranan elektrofonik transdiksiyadır. Yəni bu, şimal işıqlarından gələn səslərin enerji nəqli xətlərini sarsıdacaq qədər böyük olduğunu göstərir. Şimal işıqlarının səbəb olduğu inanılmaz səsləri aşağıdakı videoda dinləyə bilərsiniz;