Maraqlı

Sevgililər Günü haqqında və tarixi

3.06Kviews

Fevral ayının ortasının eşq ilə əlaqəsi antik dövrlərə söykənir.

Sevgililər Günü, hər ilin 14 Fevral günü bir çox ölkədə qeyd olunan xüsusi gündür. Roma Katolik Kilsəsinin inancına söykənən bu gün, Valentine adındakı bir din adamının adına elan edilən bir bayram günü olaraq ortaya çıxmışdır. Bu səbəblə bəzi cəmiyyətlərdə “Müqəddəs Valentin Günü” kimi tanınır. Valentine sözü, Qərb mədəniyyətlərində sevilən adam və ya sevgili mənalarında da istifadə edilir.

Günümüzdə, bəzi cəmiyyətlərdə sevgililərin bir-birinə hədiyyələr aldığı, kartlar göndərdiyi xüsusi bir gün kimi davam edir. Proqnozlara görə, 14 Fevral günü bütün dünyada 1 milyard ətrafında kart göndərilir. Bununla yanaşı hədiyyə satışları artmaqdadır.

Valentine
Valentine

1908 tarixli Katolik Ensiklopediyasında qədim şəhidlər siyahısında, 14 Fevral gününə qeydiyyatlı, əqidəsi üzündən öldürülmüş üç Əziz Valentine keçir. Romantik eşq ilə Valentine arasındakı əlaqə tarixi proqramlarda heç keçmir və bəzi tarixçilərə görə bu yalnız bir əfsanədir. Valentinenin şərəfinə bayram günü, 14 Fevral 496-cı ildə Roma Papası Gelasius tərəfindən elan edilmişdir. 1969-cu ildə kilsə təqvimindən Əziz Valentine gününü çıxarmışdır.

14 Fevral, 1800-ci illərdə Amerikalı Esther Howlandın ilk Sevgililər Günü kartını göndərməsindən bu yana çox sayda insanın qeyd etdiyi ictimai bir hadisə olmuşdur. Bunun təbii nəticəsi olaraq hadisənin ticari istiqaməti çox əhəmiyyət qazanmışdır və sevgililər günü bütün dünyada ticarətin canlandığı bir dövr halına gəlmişdir.

Sevgililər gününün ən geniş yayılmış tətbiqi xanıma, ya da sevgiliyə verilən kartdır. Bu kartlara sevgi mesajları, məhəbbət şeirləri və s. yazılır. Xüsusən qərb mədəniyyətlərində, sevgilisi olmayanlar xoşladıqları şəxslərə kart göndərirlər. Alıcı insan, içində adətən “Sevgilim ola bilərsən?” yazan bu imzasız kartın kimdən gəldiyini tapmağa çalışır.

14 fevral - Sevgililər Günü

Əlaqədar mövzu: Sevgililər Günü hədiyyə seçimi

Sevgililər günündə demək olar hər kəs sevgililərinə və ya yoldaşlarına bu günün ruhu ilə inteqrasiya olunan, qarşı tərəfə sevgilərini izah edən hədiyyələr verir. Bu hədiyyələrin başında çiçəklər və şokolad gəlir.
Sevgililər Gününü cütlər ümumiyyətlə təkbətək keçirirlər. Təkbətək gedilən romantik bir yemək, ya da evdə hazırlanan romantik bir süfrə ən geniş yayılmış təbrik vasitəsidir.

14 fevral - Sevgililər Günü
Cütlər, Sevgililər Gününün gecəsi də xüsusi olması üçün səy göstərirlər. Bəzi cütlər, bu günə xas, eyş-işrəti ön plana çıxaran paltarlar və alt paltarları alırlar. Ən çox üstünlük verilən rəng, ehtirası simvollaşdıran qırmızıdır.
Bunlarla yanaşı, Sevgililər Günü çox sayda evlənmə təklifinin də baş verdiyi bir gündür.