Eurovision

Salvador Sobral ‘Amar Pelos Dois’ mahnısı ilə Portuqaliyanı Eurovision’da təmsil edəcək

Salvador Sobral
843views

Amar Pelos Dois mahnısı ‘Festival da Canção 2017’ mükafatını qazandı.

Salvador Sobral, Eurovision Mahnı Müsabiqəsi üçün Portuqaliya milli seçimi olan ‘Festival da Canção 2017’ni qazandı. Salvador, 9 may çərşənbə axşamı günü Ukraynanın Kiyev şəhərində Eurovision-un ilk yarımfinalında Amar Pelos Dois mahnısı ilə ölkəsini təmsil edəcək.

Nəzərinizə çatdıraq ki, ‘Festival da Canção 2017’nin qalibi xalq tərəfindən (50%) və yeddi regional hakimlər tərəfindən (50%) qərarla seçilib.