Gündəm

Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər pisləşir

952views

Müsəlmanların Həcc ziyarəti üçün Məkkəyə üz tutduğu bu vaxtlarda İran və Səudiyyə Ərəbistanı arasında ciddi şəkildə münasibətlər pozulmaqdadır

İran İslam İrşad və Mədəniyyət Nazirliyi, hacıların müqəddəs torpaqlara gedişi,təhlükəsizliyi və viza məsələlərində Ərəbistan hökuməti ilə razılığa gələ bilməmə səbəbindən İran vətəndaşlarının bu il Həcc ziyarətinə getməyəcəyini bildirmişdi.

Ərəbistan hökuməti isə buna qarşılıq olaraq, ziyarətə gələcək müsəlmanlar üçün Lazım olan bütün təhlükəsizlik işlərinin qaydasında olduğunu söyləmişdi.

Dünən isə dövlətlər arasında münasibətlər bir az da gərginləşib. Belə ki dini lider Ayətullah Xomeyni, keçən il yüzlərlə hacının həyatını itirdiyi hadisələri misal gətirərək, Həcc ziyarətinin Ərəbistan hökumətinin əlindən alınmasını tələb etdi.

Buna cavab olaraq isə Səudiyyə Ərəbistanı müftisi Əbduləziz əl-Şeyx, iranlılar haqqında “Onlar müsəlman deyil” deyə sərt cavab verdi. İranlıların Zərdüş kökündən olduqlarını və buna görə də müsəlman sayılmadıqlarını söylədi.

Qeyd edək ki, keçən il, tək şeytana daş atma izdihamında təxminən 2 min 500 insan həyatını itirmişdi. Ölənlir 460 nəfəri isə İran vətəndaşı idi.