Siyasət

Rusiya, ABŞ Prezident seçkilərinə müdaxilə edib

731views

Amerika Mərkəzi Kəşfiyyat Dairəsi (CIA), Rusiyanın Donald Trump‘a kömək olmaq üçün noyabr ayında keçirilən Prezident seçkilərinə müdaxilə etdiyini açıqlayıb.

CIA’nın davam etdirdiyi araşdırmaların içərisində olan və adının açıqlanmasını istəməyən səlahiyyətli şəxslərdən biri, Rusiyanın seçki öncəsində Trump’ın qalib olması üçün böyük səylə çalışdığını söyləyib. Rusiyanın seçkilərə müdaxiləsinin dəqiqləşməsindən sonra isə, bu təsirin hansı şəkildə baş verdiyinin araşdırılmasına başlanılıb.

Xatırladaq ki, Barack Obama bir neçə gün öncə, kəşviyyat dairələrinə seçkilərə hər hansısa bir kiber hücumların olub olmadığını araşdırması əmrini vermişdi.

yaaz.az Rusiya ABŞ prezident seckilerine mudaxile edib.

CIA’nın hələ bitməyən hesabatına görə, Rusiya hökuməti ilə əlaqəli bəzi hakerlər başda Hillary Clinton olmaqla Demokratik Milli Komitəsinə aid minlərlə e-poçtu Wikileaks’ə köçürdüb.

Ancaq CIA’nın araşdırmaları içərisində olan başqa bir şəxs isə, Rusiyanın sözü gedən məsələlərə istiqamətli fəaliyyətləri olsa da, seçkilərə təsiri ilə bağlı konkret bir dəlilin olmadığını söyləyib.

Donald Trump isə Rusiyanın hədəf alındığı bu araşdırmalara kəskin şəkildə etiraz edib.

Reutersə xəbər agentliyinə müsahibə verən başqa bir CİA nümayəndəsi isə, Rusiyanın Almaniyada keçiriləcək seçkilərə də bənzər bir müdaxiləyə hazırlaşdığını bildirib. Hətda Rusiyanın Avropa ölkələrində kəskin çıxışlar edən müxalifət partiyaların reklamlarını apardığını söyləyib.