Məşhurlar

Röya Ayxan demokratiya mitinqində iştirak edib

840views
Əməkdar artist Röya Ayxan da İstanbulda “Demokratiya və şəhidlər” mitinqində iştirak edib.
Bu barədə o “İnstagram” bloqunda məlumat paylaşıb.
 13741430_1751073261806330_1741310399_n[1]
“Bu gün qardaş Türkiyə birlik nümayiş etdirdi. Buna çox sevindim, çünki bu birlikdə əl-ələ idik. 6 milyona yaxın insan və təbii ki, bütün ulduzlar çiyin-çiyinə idi. Mənzərə möhtəşəm idi. Bir də dalğalanan Türkiyə bayraqları arasında Azərbaycan bayrağını da görmək çox qürurverici və şərəfli hiss idi. Ən yadda qalan an isə imperatorun əlimi tutub, “mahnılarını göndər, mən də qulaq asım” – deməyi idi. Bu arada, məni ona Özcan Deniz təriflədi. Nə gizlədim, mənə çox xoş oldu.