677
Real Madrid ilə olan müqaviləsini keçən həftə 2021-ci ilə qədər uzadan ulduz futbolçu Cristiano Ronaldo, taxdığı eynək səbəbindən cəza ala bilər.
Müqavilə zamanı şəxsi sponsoru Nike markasının eynəyini taxan Ronaldo, Real Madridin sponsoru olduğu Adidasın müqavilə şərtlərini pozub.
Real Madridin Adidas ilə olan müqaviləsinə görə bütün oyunçular, təşkil olunan klub mərasimlərində yalnız Adidas brendinə məxsus geyimləri və aksesuarları istifadə etməlidirlər. Ronaldonun Nike eynəyi taxması bu şərtləri pozur və klub tərəfindən pul cəriməsi olunacağı gözlənilir.
add a comment