Digər İdman

Rio 2016 Olimpiadasının ən yaxşıları seçildi

730views

Beynəlxalq Olimpiya Komitələri Birliyi Rio 2016-ın ən yaxşı idmançılarını seçib.

Qatar’da baş tutan mərasimdə, qadınlar təkli tenistə qızıl medal qazanan Porto Rikolu Monica Puig, ‘ən yaxşı qadın idmançı’ mükafatına laiq görülüb. Finalda Almanniyalı tenisçi Angelique Kerber’i məğlub edən Puig, mükafatı aldıqdan sona bu şəkildə çıxış edib:

yaaz.az photo rio 2016 best sportsman

“Bu inanılmaz qürur üçün Milli Olimpiya Komitələri Birliyinə təşəkkür edirəm. Hər zaman yanımda olan Puerto Riko Olimpiya Komitəsinə təşəkkür edirəm.Rio 2016 mənim üçün gözəl hadislər ilə yadda qaldı. Bu müddətdə yanımda olan komandama, yoldaşlarıma və ailəmə minnətdarlığımı bildirirəm. Bütün bunlar asan əldə edilmədi və buna görə də mənimlə birlikdə olduğunuz üçün çox sağolun. Və son olaraq ən böyük təşəkkürüm Porto Riko xalqınadır. “

Rio 2016’ın ‘ən yaxşı kişi idmançı’ mükafatının sahibi isə Cənubi Afrikalı Wayde van Niekerk olub. 400 metr final qaçışlarında rekord qıraraq qızıl medal əldə edən idmançı, mükafatın qürur verici olduğunu vurğulayaraq bu şəkildə özünü ifadə edib:

yaaz.az photo rio 2016 best sportsman

“Rio Olimpiyadalarında ölkəmi, ailəmi və yoldaşlarımı təmsil etmək mənim üçün böyük bir qürür idi. Dünya rekordu qırmaq, 400 metr məsafədə çempion olmaq və bu gün bu böyük mükafatı almaq heyrətamizdir. Həqiqətən çox qürur duydum, burada sizin ilə birlikdə olmaq çox gözəldir, bu şansı mənə bəxş etdiyiniz üçün çox sagolun. “

yaaz.az photo rio 2016 best sportsman

‘Ən ruhlandırıcı performans’ mükafatı Braziliyalı cüdoçu Rafaela Lopes Silva’ya təqdim olunub.

yaaz.az photo rio 2016 best sportsman

‘Ən müvəffəqiyyətli komanda’ mükafatı isə olimpiadaları ikinci bitirən İngiltərəyə verildi.