Gündəm

Ramin Quluzadə kimdir? | Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri - Ramin Quluzadə
2.26Kviews

Azərbaycanda Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar nazirlikləri birləşdirilərək yeni bir nazirlik yaradılıb.

Prezident İlham Əliyevin bazar ertəsi verdiyi başqa bir sərəncamla isə Ramin Quluzadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib.
Bundan öncə Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədov idi.
Nazirlər Kabinetinə iki ay müddətində yeni nazirliyin strukturu və işçilərinin ümumi say həddini müəyyən etmək tapşırılıb.
Bəs Ramin Quluzadə kimdir?
1977-ci il təvəllüdlü cənab Quluzadə 2016-cı ilin yanvarın 15-dən indiyədək Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsində idi. O, 2015-2016-cı illərdə isə Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini vəzifəsində çalışıb. 2005-2015-ci illərdə isə Heydər Əliyev Fondunda fəaliyyət göstərib.
Ramin Quluzadə 2014-cü ildə Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.