Mobil

Qazaxıstanlı dizaynerdən iPhone 8-in yeni konsepsiyası

812views

Etdiyi iPhone konsepsiyaları ilə məşhurlaşan Qazaxıstanlı dizayner İsgəndər Utebaev, yeni iPhone 8 konsepsiyasını təqdim edib.

Populyar ağıllı telefonların satışa çıxmadan əvvəl konsepsiya layihələrinin edildiyini bilirik. Bu layihələr əksəriyyətlə iPhone və Samsungun Galaxy S və Note seriyası üçün edilir. Bu dəfə isə İsgəndər Utebaevin iPhone 8 üçün yaratdığı konsepsiya diqqət mərkəzindədir.

Dizaynda iPhone 8-in qövslü ekrana sahib olduğu gözə çarpır. Həmçinin telefonun ekran çərçivə nisbətinin xeyli artdığı və bu şəkildə iPhone-un çox daha cəlbedici olduğu diqqətdən yayınmır.
iPhone 8
Konsepsiyada ən böyük dəyişiklik kamera qismində görünür. Çünki gördüyümüz kimi kamera linza Apple loqo içərisinə gizlənmişdir. İki ədəd LED flaş isə telefonun orta üst hissəsində yerləşdirilmişdir.

Konsepsiyanın iPhone 7-ə çox bənzəməsi, sözügedən dəyişikliklərin iphone 7s-də də qarşımıza çıxa biləcəyi barədə ifadə edilir. Təbii ki, iphone-un növbəti modeli bu şəkildə olacaq deyə bilmərik, çünki bu sadəcə olaraq bir dizaynerin layihəsidir.