
Amerikanın Benefit kosmetika brendi Brow Translator saytını təqdim edib.
Sayt qaşlarınızın formasına əsasən sizin əhval-ruhiyyənizi və xarakterizin xüsusiyyətlərini analiz edəcək.
Proqramın hazırlanması ilə fizioqnomika üzrə professor Cevid Sedr məşğul olub. O, bu sahənin başqa alimləri kimi hesab edir ki, qaşlar üzün ən ifadəli hissəsidir.
Benefitbrowtranslator.com saytına şəkil yükləmək və ya şəkili veb-kameranın köməyilə çəkmək lazımdır, daha sonra proqram sizin qaşların formasını analiz edərək əhval-ruhiyyənizi müəyyənləşdirəcək. Sayt 21 dildə əlçatandır.
Qeyd edək ki, Benefit Cosmetics qaşlara qulluq sahəsində ixtisaslaşıb. Brendə 41 ölkədə yerləşən qaş stili üzrə 2100 studiya aiddir. Ancaq son il ərzində brend qaşlara qulluq üzrə 13 yeni məhsul buraxıb.