
Qaçış yarışında 99 yaşlı veteran, 92 yaşlı rəqibini geridə qoydu.
Yaşlıların iştirakı ilə keçirilən qapalı zal qaçışları qış çempionatında 99 yaşlı İkinci Dünya Müharibəsi veteranı əməkli pilot Orville Rocers, 60 metr sürət qaçışında çox kiçik bir fərqlə 92 yaşlı Dixon Hemphillin qarşısını ala bildi.
İlk 55 metri öndə aparan Hemphill, “Bir az önə doğru əyilsəm, qazanardım” deyib. İki rəqibin daha əvvəl 200, 400, 800 və 1600 metrdə yarışdıqları və hər dəfə Dixon Hemphillin yarışı öndə tamamlayan ad olduğu bildirilir.
Yaşlarından dolayı rəqibləri olmayan iki yürüşçü ilk dəfə 4 il əvvəl qaçış meydançasında görüşüblər və o zamandan bu yana aralarında dostcasına bir rəqabət başlayıb.
Dixon Hemphill 50 il əvvəl qaçmağa başlayıb və bu ana qədər yalnız iki dəfə, 1998-də avtomobil qəzasında bədənində çox sayda sınığa görə və 10 il sonra keçirdiyi sümük cərrahiyyə əməliyyatına görə məcburi olaraq qaçmağı buraxıb.
Orville Rocers də qaçmağa başladığı 50 il əvvəldən bu yana, öz yaş qrupunda 13 dəfə dünya rekordu qırmağı bacarıb.
Yaşlı iştirakçıların qarşıdakı iyul ayında ABŞ-ın Louisiana əyalətində keçiriləcək açıq hava qaçış çempionatında bir araya gələcəyi də bildirilib.