DünyaSəyahət

Qətər Hava Yolları, tarixin ən uzun uçuşuna hazırlaşır

Qətər Hava Yolları, tarixin ən uzun uçuşuna hazırlaşır.
890views

Qətər Hava Yollarına aid bir təyyarə, mülki aviasiya tarixinin ən uzun müddətli uçuşuna hazırlaşır.

Uçuş zamanı 10 müxtəlif zaman kəsiyi keçiləcək.

The Independent qəzetinin xəbərinə görə, sabah saat 05.10-da Doha Hava Limanından qalxması planlaşdırılan təyyarə, bazar ertəsi günü saat 07.30-da Yeni Zelandiyanın Auckland şəhərinə enəcək. Sərnişin təyyarəsinin havada qalma müddəti sadəcə 16 saat 20 dəqiqə olacaq, amma saat qurşaqlarının dəyişməsi səbəbindən uçuş yarım gün davam edəcək.

Digər tərəfdən, Qətər Hava Yollarının bu rekordunun, gələn il Sinqapur Hava Yolu tərəfindən keçiləcəyi ifadə edilib. Çünki şirkət, Sinqapur-New York səfərlərini dayanacaqsız etməyi planlaşdırır.