
General Motors və PSA, Opelin satışı üçün razılaşdılar. Rəsmi açıqlama bazar ertəsi günü veriləcək.
Peugeot və Citroen maşınların istehsalçısı olan Fransız Peugeot Socit Anonyme (PSA) ABŞ-lı General Motors (GM) ilə Opelin satışı məsələsində razılaşdılar. Reutersın xəbərə görə, rəsmi açıqlamanın bazar ertəsi günü keçirilməsi gözlənilir.
PSA və GM məsələ ilə bağlı açıqlama verməzkən Opellə birlikdə GM tərkibində yer alan Vauxhallın da PSA tərkibinə keçməsi gözlənilir.
Opel rəsmiləri dünən şirkət əməkdaşlarını toplayaraq şirkətin satış prosesində olduğunu bildirib lakin təfərrüat verməyiblər. General Motors son 16 ildir ki, üst-üstə Avropada zərər aldıqlarını açıqlayır. Opelin ödəmək məcburiyyətində olduğu borc və təzminat məbləğlərinin 10 milyard dollara yaxın olduğu bildirilir.
PSA-nın müdiri Karlos Tavares müqavilə ilə bağlı çıxışında “Avropanın avtomobil çempionunu yarada bilərik” ifadəsini bildirib.
Digər tərəfdən, satış sonrası işdən çıxarmanın olub-olmayacağı Opelin fəaliyyət göstərdiyi ölkələrdə narahatlıq yaradır. GM-nin satdığı ifadə edilən varlıqlar arasında olan İngiltərədəki Vauxhall müəssisələrində 4500 nəfər çalışır.
İngiltərə, satış danışıqlarının açıqlanmasının ardından General Motors rəsmiləri ilə təmas quraraq narahatlıqlarını bildirmişdilər. İngiltərə Ticarət Nazirliyi, hökumətin GM ilə yaxın təmasda olduğunu və iki şirkətin satış danışıqları apardıqlarını açıqlamalarının ardından məsələnin yaxından təqib edildiyini açıqlamışdı.