Kosmos

NASA : “Marsda su əldə etmək mümkündür”

838views

Marsın simulyatorunda 1 il yaşayan NASA üzvləri normal həyata geri dönüblər.

Amerika Birləşmiş Ştatları’nın, Milli Aviasiya və Kosmos Dairəsi ( NASA ) tərəfindən həyata keçirilən “Marsda Həyat” layihəsinin 6 üzvü, 365 gün Mars simulyatorunda davam edən missiyanın ardından nəhayət yer kürəsində ki, normal həyata dönüblər.

Hawai Universiteti’nin  təşəbbüsü ilə NASA’nın həyata keçirdiyi “Mars One” layihəsi, 6 nəfərlik qrupu ilə, ‘Mauna Lao Yanar Dağ ” təpəsində qurulan və enerji ehtiyacını günəş panellərindən alan bir qübbədə, 1 il boyunca müxtəlif araşdırmalar həyata keçirtdi.

Qrupa öz sahələrində mütəxəssis olan 6 nəfər, Amerika, Fransa və Almaniya’dan könüllülər cəlb edildi.

Almaniyalı fizika alimi Christiane Heinicke “Belə görsənir ki, quru torpaqdan su əldə etmək mümkündür. Bu Marsda da işə yaraya bilər. Yəni Marsda düzəldiləcək istixana vasitəsi ilə,orada da su əldə edə bilərik” deyə açıqlama verib.

Layihənin qrup üzvləri, orda olduqları müddətdə, Marsa planlaşdırılan insanların səfəri üçün də lazımı bəzi işləri görüblər.

Qrup üzvlərinin psixoloji əks təsirlərini görmək üçün 1 il boyunca NASA davamlı şəkildə onları izləyib və vacib qeydlərini götürə bilib.

Ekipaj üzvlərinə, xüsusi astronavt paltarı ilə qübbədən kənara çıxmağa icazə verilirdi.

Yer kürəsi ilə əlaqə 20 dəqiqə gecikmə ilə həyata keçirilirdi.

“Mars One” layihəsi, Rusiyanın daha öncə həyata keçirdiyi 520 günlük araşdırmadan sonra, ikinci ən uzun müddətli “Marsda Həyat” araşdırması oldu.