Bundan öncəki G500 4×4 modeli kimi G650 Landaulet də yolsuzluq yarıkabrioletidir. G650 Landaulet alıcısının yumşaq üst üçün üç rəngdən və kuzov üçün 4 rəngdən birini seçmək imkanı var.

Arxa sərnişinlər üçün Mercedes-Benz S-Class sedanından iki ayrıca kreslo nəzərdə tutulub. Onlar çoxlu sayda elektro-tənzimləyicilər, qızdırıcı və ventilyasiya, eləcə də massajla təchiz edilib.

yaaz.az Mercedes Maybach G 650 Landaulet

Hər bir sərnişin üçün multimedia sisteminin ayrıca 10 düymlük displeyləri nəzərdə tutulub. Salonda içkilərin temperaturunun saxlanması sistemi ilə stəkan altlıqları və digər funksiyalar var.

Avtomobil 6.0 litrlik V12 benzin mühərriki əldə edib. Aqreqatın gücü 630 at gücü təşkil edir.

yaaz.az Mercedes Maybach G 650 Landaulet

Yeniliyin premyerası mart ayında Cenevrə avtosalonunda baş tutacaq. İstehsal payızda bütün Mercedes-Benz-G-Class modellərinin buraxıldığı Avstriyada başlayacaq. Model 99 ədəd olmaqla məhdud tirajla buraxılacaq.