
Elm adamları, şərqi Afrikadakı ada ölkəsi Mauritius’un olduğu yerdə üç milyard il əvvələ aid bir qitə olduğunu təyin ediblər.
Nature Communications jurnalında nümayiş olunan layihədə, araşdırmaçılar, vulkanik lava içindəki kristallar vasitəsilə dəniz altında gizli qitəyə bağlı dəlillər kəşf ediblər. Cənubi Afrikanın Johannesburg şəhərindəki Wits Universitetindən Professor Lewis Ashwal və qrupu, Mauritius’da 2,5 və ya 3 milyard il əvvəlindən qalma zirkon kristalı parçaları tapıblar. Kristalın səthə vulkan lavalarıyla daşındığını söyləyən araşdırmaçılar, kristalın yaşını kütlə spektrometrisi deyilən göstərmə texnikası istifadə edərək təsbit etdiklərini bildiriblər.
Araşdırmaçılar, vulkanik bir ada olan Mauritius’un altında yatan gizli qitəyə bağlı daha çox dəlil ola bilər deyirlər. Norveç, Cənubi Afrika, Almaniya və İngiltərədən elm adamları, 2013-cü ildə Hind Okeanının döşəməsində 50-80 milyon il əvvələ aid təxminən 25-30 kilometr qalınlığında bir quru kütləsi kəşf etmişdilər.
Elm adamları, qitələrin bir-birindən ayrılması prosesində nəhəng dalğaların altında qalaraq okeanın dərinliklərinə basdırıldığı zənn edilən itkin qitəyə ‘Mauritian’ adını veriblər.
Təxminən 1 milyard il əvvəl yer üzündə “Rodinya” adı verilən tək bir qitənin olduğuna diqqəti çəkən elm adamları, daha sonra super qitənin parçalara ayrılaraq indiki qitələr şəklini verdiyini ifadə etmişdilər.