Sağlamlıq

Mark Zuckerberg sərvətini bu işə yatırır

794views

Facebook’un qurucusu Mark Zuckerberg, 21-ci əsrin sonuna qədər bütün xəstəlikləri aradan qaldırmaq istəyir.

Həyat yoldaşı Priscilla Chan ilə Kaliforniya Universiteti’nin San Francisko korpusunda mətbuat konfransı keçirən Zuckerberg, insanlardakı bütün xəstəlikləri müalicə edə bilmək üçün səhiyyə sahəsindəki araşdırmalara 3 milyard dollar yatıracaqlarını bildirdi.

Zuckerberg hal hazırda cavan ikən xərçəng xəstəliyinə məğlub olan və digər belə xəstəliklərdən həyatını qısa bir vaxtda sonlandıran insanları izləməyin olduqca kədərli olduğunu və buna qarşı mübarizə aparmaq üçün, sözü gedən yatırımlarla böyük işlər görüləcəyini açıqladı.

449423-mark-zuckerberg-facebook-f8-developers-conference-facebook

Xəstəliklərin müalicəsində baş tutacaq araşdırmalar üçün dünyanın ən yaxşı mühəndislərini və tibb mütəxəssislərini bir yerə toplayacağını izah edən Zuckerberg, müalicələrdə kəşf olunacaq yeni üsul və bu sahədəki texnologiyanın inkişaf etdirilməsinin uzun bir vaxt ala biləcəyini, bu səbəbdən də səbrli olmağın vacib olduğunu bildirdi.

Priscilla Chan isə iki ildir Nobel mükafatçıları və yeni gənc mütəxəssislər ilə bu mövzuda danışıqlar apardıqlarını açıqladı.

Övladları üçün istədikləri gələcəyin mümkün olduğuna inandıqlarını vurğulayan Chan, “Hədəfimiz, bu gün uşaq yaşda olan insanların həyatlarının sonuna gəlmədən, onlarda müşahidə olunan bütün xəstəliklərə çarə tapmaqdır” deyə ifadesində bildirdi.

mark-zuckerbergden-3-milyar-dolarlik-saglik-bagisi_xn7y3t-4u2tfk8j-csvuw

3 milyard dəyərindəki yatırım, cütlüyün qurduğu “Chan Zuckerberg İnitiative” adlı xeyriyə cəmiyyəti tərəfindən yatırılacaq. Bu quruluş, ilk olaraq San Francisko’da Biohub adlı araşdırma mərkəzinə 600 milyon dollarlıq bir yatırım ilə başlayacaq. Davamında isə hemin bölgədə yerləşən Stanford, Kaliforniya Berkeley və San Francisko universitetləri ilə ortaq araşdırma həyata keçirdiləcək.

16928482551_6c7b76e74a_k-930x620

Zückerberg cütlüyü, keçən ilin sonunda qızlarının doğumunun ardından, facebookda sahib olduqılari 45 milyard dollar dəyərindəki hissələrinin 99 faizini xeyriyə işlərinə ayıracaqlarını açıqlamışdı.

2ef8387e00000578-3341808-new_addition_mark_zuckerberg_and_his_wife_priscilla_chan_welcome-a-19_1449010564057