Dünya

Kim Jong-Un’un yoxa çıxan həyat yoldaşı geri dönüb

772views

Atasının ölümündən sonra Şimali Koreyanın lideri olan Kim Jong-Un’un yoxa çıxan həyat yoldaşı geri dönüb.

Ri Sol-Ju sirrli bir şəkildə ortadan itməsindən 9 ay sonra yenidənbKim Jong-Un’un yanında görsənib . Bir müddət mediada görünməyən Ri Sol-Junun lider Kim Jong-Un ilə ayrıldığı düşünülürdü.

yaaz.az Kim Jong-Un ve heyat yoldashi Ri Sol-Ju

Ri Sol-Ju, yoldaşı Kim Jong-Un ilə yan yana Koreya Müdafiə və Hava Qüvvələri tərəfindən həyata keçirilən hava döyüş manevri əsnasında göstərilib.

Bir müddət ortalıqda görsənməyən Ri Sol-Jun’un bu vaxt ərzində körpə dünyaya gətirə biləcəyi ehtimal edilir.

Xatırladaq ki, Kim Jong Un ilə 2012-ci ildə evlənən Ri Sol-Ju əvvəllər müsiqi sahəsində fəaliyyət göstərən müğənnidir. Kim Jong-Un ilk dəfə, 2012-ci ilin iyul ayında Ri Sol-Ju ilə birlikdə xalqın qarşısına çıxmışdı.