Mütəxəssislər, anaların tez-tez Qeysəriyyə yolu ilə doğum həyata keçirmələrinin insan təkamülünə təsir etdiyini iddia edir.
Araşdırmar göstərir ki, 1960-cı ildən bu yana doğum kanalına sığmayan körpələr min adamda 30-dan 36’ya qalxıb. Çanaq sümüyünün dar olması səbəbindən Qeysəriyyə əməliyyatı seçən qadınların sayının artdığı müşahidə olunur. Əvvəllər dar doğum kanalına səbəb olan genlər anadan uşağa keçə bilmirdi. Çünki əksər belə hallarda ana da, körpə də doğum əsnasında həyatını itirirdi.
Araşdırmaları aparan mütəxəssislər Qeysəriyyə əməliyyatı ilə baş tutan doğumların davam edəcəyini ancaq bunun normal doğumu tamami ilə aradan qaldıra biləcəyini düşünmürlər.
Vyana Universiteti Bioloqu Philipp Mitteroecker, “Çanaq sümüyü dar olan qadınlar 100 il əvvəl doğumdan sağ çıxa bilmirdilər. Ancaq indi rahat doğum edə bilirlər və dar çanaq sümüyü genini qızlarına ötürürlər” deyir.
ZİDDİYƏTLİ NƏTİCƏLƏR
Təkamülün uzun zamandır cavablandıra bilmədiyi suallardan biri, illər içində çanaq sümüyünün niyə genişlənə bilmədiyidir.
Heyvanlarla müqaisə etdikdə insan körpəsinin başı daha böyükdür və bu doğumu çətinləşdirir.
Araşdırma aparan mütəxəssislər Dünya Sağlamlıq Təşkilatından topladıqları məlumatları riyazi modellərlə araşdıraraq bir-biriylə ziddiyyət təşkil edən nəticələr əldə ediblər. Yeni doğulan körpələr, əvvəllər doğulanlara nisbətən daha böyük və sağlam doğulurlar. Buna görə də, körpənin çox böyük olması doğum əsnasında kanalda sıxışıb qalmasına və ananı də körpəni də təhlükəyə atmasına səbəb olur.
GENLƏRİN GƏLƏCƏYİ
Araşdırmalar, dünya səviyyəsində körpənin doğum kanalına sığamaması vəziyyətinin min doğumda 30 dəfə rast gəlindiyini göstərir. Və bu son 50, 60 ildə 15 % artım deməkdir
Dr. Mitteroecker, “Mən təkamül prosesinin davam edəcəyini düşünürəm. Ancaq bunun da bir sərhədi olacaq. Bir gün bütün uşaqların Qeysəriyyə yolu ilə doğulacağına inanmıram” deyir.