Bədənin bir çox hissəsinə tatu çəkdirən insanlar “təhlükəli” həyatı olduğuna inanırıq. Lakin, bu da yaşadığımız həyatın yaratdığı bir stereotipdir.
Fotoqraf Steven Burton da bu stereotipi qırmaq üçün eks qanqster üzvlərinin şəkillərini çəkmək qərarına gəlib. O, “Dərinin dərinliyi” adlandırdığı bu şəkillər silsiləsinə iştirakçı kimi bədənində, üzündə tatu olan insanları dəvət edir. Daha sonra, çəkdikləri fotolarda photoshop vasitəsi ilə tatuları silir.
“Fotoları müqayisə edin” deyə səslənən fotoqraf, insanların “qorxuducu” görünüşləri altında, yenə də bir insanın olduğunu göstərməyə çalışıb.
Tatulu insanlar özlərini tatusuz təsəvvür etmirlər. Mən işlədiyim “tatusuz” fotoları iştirakçılara göstərdiyim zaman, onların yaşadığı həyəcanı görməli idiniz. Bundan əlavə, bizim kimi insan olduğu üçün, qarşımızda kim olur olsun ona “damğa” vurmamalıyıq.
Steven Burton bu seriyalı fotolar üzərində photoshopla düz 400 saat işləyib.
Ətraflı məlumat burada