Futbol

Keçmiş Hollandiyadan əsər-əlamət qalmayıb

770views

Dünən dünyanın yaşıl meydanlarında bir sıra yoldaşlıq görüşü keçirildi. Fransa İtaliya səfərindən qələbə ilə geri döndü. Fransadan Martial, Giroud, Kurzawanın qoluna İtaliya yalnız Pellenin vurduğu qol ilə cavab verə bildi. Oyun Fransanın 1:3 hesablı səfər qələbəsi ilə başa çatdı. Son Avropa çempionatından kənar qalan, hətta onlarsız çempionatın heç bir marağı olmadığı fikirləri yayılan, “Total” futbolun baniləri hesab olunan Hollandiya millisi isə hələdə özünə gələ bilmir. Baxmayaraq ki, Yunanıstan ilə oyunda hesabı Hollandlardan Wijnaldum acsada, heç kimin gözləmədiyi halda “narıncılar” məğlub oldular. Yunanıstan millisində qolların müəllifi Mitroglou, Gianniotas oldu. Dünən baş tutan yoldaşlıq oyunlarında bu hesablar qeydə alınıb:

Maldiv adaları-Banqladeş 5:0

Bəhreyn-Sinqapur 3:1

Belçika-İspaniya 0:2

Hollandiya-Yunanıstan 1:2

İtaliya-Fransa 1:3

Portuqaliya-Cəbəllütariq 5:0 

Elnur Cəfərov
idman xəbərləri yazarı