Kakos – Hindqozu, kökündən yarpağına, qabığından meyvəsinə, suyundan ağac gövdəsinə qədər, qısaca insanlığa bəxş edilmiş bir hədiyyədir. Ölkəmizdə tropik bir meyvə olaraq istehlak edilən amma daha çox şirniyyatlarda istifadə olunan Hindqozu, ətri ilə hamımızı cəzb edir.
Hindqozu ağacının hündürlüyü 20 metri aşmaqdadır. İçində bir tək özəyi olan bu meyvə 20-30 sm. uzunluğunda, 11-25 sm. diametrindədir. Ağırlığı 500 qram ilə 1500 qram arasında dəyişir. Olduqca sərt qabığa sahib olan bu meyvə, odun tək möhkəm və su keçirməzdir. Meyvənin içi isə bu təbəqənin altındadır. Qəhvəyi üz qabığının altında ağ qalın hissə və bu hissənin boşluğunda hind qozu südü adı verilən meyvənin xüsusi suyu vardır. Bir Hind qozu ağacı 7 yaşdan 70 yaşa qədər meyvə yetişdirə bilir. Meyvələr, çiçək açdıqdan 10-12 ay sonra əmələ gəlir.
Vətəni Kolumbiya sayılan bu ağacın 4.000 il qabaq Uzaq Şərqdə yetişdirildiyi dəqiq məlumdur. Buna görə də mütəxəssislər belə qənaətə gəlirlər ki, meyvənin toxumları dəniz axınları vasitəsi ilə Cənubi Amerika sahillərindən Cənubi Şərqi Asiyaya gəlib çatmışdır. Meyvənin su üzərində qalması və cücərmə ömrünün uzun olması bu fakta əsas verir. Bu hind qozu, 16° şimal 25° cənub bölgələrdə rahatlıqla yetişdirilməkdədir.
Hind qozunun ucundaki 3 ədəd dəlik meyvənin qabığının ən yumşaq olduğu yerdir.
1 kilo Hindqozu təxminən 662 kaloriyə sahibdir. Bədənin gündəlik ehtiyac duyduğu C vitamininin əksəriyyətini qarşılayan bu meyvə, eyni zamanda A və B vitaminləri ilə də zəngindir. Kalium, natrium, kalsium, maqnezium, dəmir və fosfor kimi zəngin mineral tərkiblidir. Saç və dəri sağlamlığı üçün çox faydası olan Hindqozunu Kosmetik firmalar, məhsulların istehsalında böyük yer verir.
Bu gün, müasir dünyada insan bədəninin ehtiyacı olan bütün bəsləyici xüsusiyyətlərə malik-Hindqozu, səhiyyə mütəxəssisləri tərəfindən hər yaşda olan insanlara tövsiyə edilir. Çünki kalsium bu meyvədə kifayət qədərdir. Virus, bakteriya və mikrobların düşmənidir. Bədəndə olan mikrobları öldürür. Hamiləlik dövründə olan qadınlara tövsüyyə olunan meyvədir.
Hindqozu suyununda faydaları az deyil beləki, yaşlanmağa səbəb olan ünsürləri aradan qaldırır, maddələr mübadiləsini tənzimləyir. Əzələ dartınmalarından qurtulmaq istəyənlərə nizamlı olaraq Hindqozu suyu içmək məsləhətdir. Suyunun tərkibində ki, B vitamini sinir sisteminə yaxşı təsir edir və qan dövranını sürətləndirdiyi səbəbindən diabet xəstələrinə də təklif olunur.
Mütləq təzə ikən qəbul olunması vacib sayılan bu meyvənin zərərləri də mövcüddur- Beləki çox istifadəsi çəki artımına, sinir sistemi və beyin funksiyalarına mənfi təsir etməsinə səbəb ola bilər. Qaraciyər xəstəlikləri olan insanlar bu meyvədən ehtiyatla istifadə etməlidirlər.