ABŞ’da Donald Trump’ın Prezident seçilməsinin ardından, seçki kompaniyası boyunca ön sıralarda atasını dəstəkləyən Ivanka Trump’ın yaradılacaq yeni idarə heyyətində yer alıb almayacağı müzakirə olunmaqdadır.
20 yanvar 2017-cı il tarixindən przidentlik vəzifəsini rəsmi olaraq öz üzərinə götürəcək Donald Trump’ın qərar verməsi üçün qarşısında 2 ay müddəti var.
Xatırladaq ki, Avqust ayında Trump, əgər prezident olarsa idarə heyyətində qadınlara yer verəcəkmi sualına cavab olaraq, qızı Ivankanı uğurlu hesab etdiyini və bunun mümkün ola biləcəyini söyləmişdi.
Atasının seçki kompaniyası boyunca daim yanında olan və mitinqlərdə çıxışlara qoşulan Ivanka’nın Ağ Ev’də məsləhətçi və ya spiker olacağı gözlənilir.
Qeyd edəki Ivanka Trump 35 yaşındadır və 3 övlad sahibidir.