İstanbulda nəhəng film platforması qurulur.
Avropanın ən böyük film platforması olması hədəflənən və öz kateqoriyasında olan Hollywood’a rəqib MIDWOOD İstanbul Film Studiya Kompleksinın təməli atılıb.
Layihə üzərində işləyən MIDWOOD İdarə heyəti Başçısı Əhməd San sektorda daim ən yaxşısını etməyə çalışdıqlarını vurğulayaraq, kompleksin tamamlandığında Avropanın ən böyük platforması olacağını bildirib.
Türkiyədə və dünyada, böyük studiyaların çoxunu araşdırdıqdan sonra platforma açmağa qərar verdiklərini bildirən San, təxminən 150 milyon dollarlıq avadanlıq aldıqlarını diqqətə çatdırıb.
MIDWOOD İcra heyəti Başçısı Emin Günal da MIDWOOD layihəsinin, böyük bir Türkiyə markası halına gələcəyini dilə gətirərək, 505 hektar ərazidə, 825 milyon lirəlik (435 milyon AZN) investisiya yatıracaqlarını diqqətə çatdırıb.
MIDWOOD İstanbul Film Studiya Kompleksi tamamlandığında ən az 20 nöqtəsində film çəkilə biləcəyini bildirən Günal:
“Məşhurların qala biləcəyi, 5 ulduzun üzərində xidmət verən bir yerləşmə təsisimiz, idman, uşaq əyləncə, yemək-içmək sahələri, kino və parklarımız var. 21 studiya, 17 açıq set sahəsinə sahibik. Əslində 505 hektar sahənin hamısı bir çəkiliş platformasıdır.” deyib.
Tamamlandığında, Türkiyənin turizm müxtəlifliyinə qatqısı olması nəzərdə tutulan MIDWOOD İstanbul Film Studiya Kompleksi’ndə, 18 istehsal atelyesi ilə film çəkilişi üçün ehtiyac duyulan bütün qrup və avadanlıq da olacaq.
Qorxu filmindən elm fantastikaya qədər bütün növlərdə filmlərin çəkilə bilinəcəyi kompleksdə, kino muzeyi və məktəbdən universitetə qədər təhsil sahələri də yer alacaq.