Dünya

İrlandiyada dəhşət, kilsə bağçasında 800 uşaq cəsədi tapılıb

Irlandiyada deshetli hadise 2017
725views

İrlandiyada kilsəyə aid bir bina yaxınlığında körpə uşaqlara aid çox sayda cəsəd qalıqlarının tapılmasının ardından katolik yataqxanaları araşdırılmağa başlanılıb.

Tuam qəsəbəsində kilsəyə bağlı bir binanın bağçasında tapılan 800 körpə uşağın skeletləri arasında ən böyüyünün 3 yaşında olduğu düşünülür.

Araşdırma komissiyası bu barədə məlumatı şəxsən Baş nazir Enda Kenny tərəfindən açıqlayıb:

“Bu, illər əvvəl yaşanmış bir hadisə deyil. Bizim dövrümüzdə yaşanan bir hadisədir. Bu andan etibarən sürətli və təsirli bir şəkildə hərəkət etməliyik. Çünki buna məruz qalan körpələrin yaxınları üçün çox iztirab verici bir vəziyyətdir. ”

Qurulan komissiya Katolik kilsəsi nəznində  olan ən az 17  yataqxanada axtarış aparacaq. İddialar isə, bir çox quruluşun işin içərisində olduğunu vurğulayır.