Dünya

İranlı Paralimpiya idmançısı Rio’da yarış zamanı həyatını itirib

702views

Rio Paralimpiya oyunlarında yarışan İranlı velosipedçi Bahman Golbatnezhat, kişilər C4-5 yarışında dik bir təpədən enərkən qəza səbəbindən həyatını itirib.

Beynəlxalq Paralimpiya Komitəsi , 48 yaşlı velosipedçinin qəza sonrası ürəyinin dayandığını və xəstəxanaya qaldırıldıqdan qısa müddət sonra öldüyünü açıqlayıb.

Paralimpiya kəndində İran bayrağı yarıya endirilib, bazar günü baş tutacaq bağlanış törənində də İranlı idmançı bir dəqiqəlik sükut ilə xatırlanacaq.

İran Paralimpiya Komitesi Prezidenti Masoud Aşarfi , idmançının cənazəsinin bu gün İrana göndərilməsini və ölümün təffərrüatlı izahını Rio Paralimpiya Komitəsi’ndən tələb edib.

Aşrafi  “12 ildir velosiped idmanı ilə məşğul olurdu, bizim ən yaxşı velosipedçimiz idi, evlidir və bir övladı var. Ailəsini cox sevərdi” deyə açıqlamasında bildirib.