CihazlarMobil

iPhone-larda batareya probleminin həlli

905views

Nəşr olunan iOS 10.2.1 yeniləməsi sayəsində batareya problemləri tamamilə aradan qalxır.

Apple, qısa müddət öncə iOS 10.2.1-i variantını dərc etdi. Bu yeniləmə sayəsində iPhone və iPadlarda qarşılaşılan bir çox problem ortadan qalxdırılıb, sistemə kiçik xüsusiyyətlər də əlavə olunub.

iOS 10.2.1-in ən mühüm detallarından biri batareya problemlərinin aradan qalxmasıdır. Yəni beləliklə artıq batareya dolu olmasına baxmayaraq iPhone avtomatik bağlanmayacaq. Əlavə olaraq, daha yaxşı batareya optimallaşdırılmasının təmin olunduğu da bildirilir. Bu vəziyyət də daha uzun müddətli istifadə mənasına gəlir.
iOS 10.2.1

Etməniz lazım olan isə yeni versiya iOS 10.2.1-i yükləməkdir. Əlbəttə, hər yeniləmədə olduğu kimi bu yeni variantı yükləmədən əvvəl də məlumatları yedəyə almaq fayda var.