Cihazlar

İnternet üzərindən qoxular göndərilə bilinəcək, qoxunu hiss edə biləcəyik

Essencechip
676views

ABŞ-lı texnologiya şirkəti Aromyxaromyx, “Essencechip” adını verdiyi yeni nəsil çipi sayəsində qoxuları “rəqəmsal” hala gətirdiyini bildirib.

Bu yeni texnologiya ilə qoxular internet mühitində qarşı tərəfə göndəriləcək.

Görmə duyğusunu foto xüsusiyyəti ilə, eşitmə duyğusunu qulaqcıq və mikrofon ilə, toxunma duyğusunu isə ekran üzərindən rəqəmsallaşdıran texnologiya şirkətləri bir başqa insan duyğusu olan qoxulamanı / ətir almağı da rəqəmsal mühitə köçürmək üçün işlər görür. Bu məsələdə olduqca iddialı şirkətlər arasında yer alan Silikon Vadisinin diqqətçəkən texnologiya şirkətlərindən ABŞ-lı Aromyx, inkişaf etdirdiyi yeni nəsil bir texnologiyayla insanların qoxu alma duyğularını rəqəmsal olaraq klonlaşdıra bildiklərini açıqlayıb.

Qoxunun rəqəmsallaşdırılması qarşıdakı dövrdə “smelfie” (qoxu çəkiliş) dövrünü başladacaq. Şirkət bu prosesi insanın qoxu alma reseptorunu köçürdərək hazırladığı Essencechip adlı bir çip köməyi ilə edəcək. Bu çip qoxuları kimyəvi olaraq qəbul etdikdən sonra əldə edilən göstəricilərin köməyi ilə üç ölçülü olaraq rəqəmsal hala çevirir. Beləliklə, qoxular başda sabit kompüterlər və ağıllı telefonlar olmaq üzrə hər cür cihazla internet üzərindən göndərilə bilən halı alır. Eyni zamanda strukturları (yəni qoxuları) istənilən vaxt dəyişdirilə bilər.

İlk hissədə sabit kompüterlərdə istifadə edilməsi planlaşdırılan sistem rəngli printer kimi çalışan əlavə avadanlıqlar tələb edir. Şəkil çapında olduğu kimi mail yoluyla gələn qoxular da içində 4-5 müxtəlif kimyəvi maddə olan kartric olması lazım. Bu da qoxuların qarşı tərəfə göndərilməsi üçün hər iki tərəfdə də fərqli tərkibli xüsusiyyətlərə malik məhsulların olması lazım olduğunu göstərir.

Aromyxin əsl hədəfi isə həm qoxuları duyan Essencechipi həm də gələn qoxuları püskürən texnologiyanı bir an əvvəl kiçildib cib telefonlarına sığacaq dərəcələrə gətirməkdir. Bu nə qədər davam edəcək bilinmir amma çıxdığı zaman texnoloji məhsulların müxtəlifliyi baxımından fərqlilik yaradacağı gözlənilir.