İnternetMobil

Instagram’a canlı yayım və bir müddət sonra itən fotoşəkil xüsusiyyəti gəldi | Video

827views

Instagram’a canlı yayım və bir müddət sonra itən fotoşəkil xüsusiyyəti gəldi.

Instagram rəsmi blogu üzərindən etdiyi açıqlamada iki yeni əhəmiyyətli xüsusiyyətini təqdim edib. Bu xüsusiyyətlərdən ilki Instagram Stories üzərindən canlı yayın xüsusiyyəti, digəri isə Instagram’daki Birbaşa Mesajlar üzərindən şəxslərə və ya qruplara göndərdiyiniz fotoşəkil ya da videoların müəyyən bir müddət sonra itmələridir.

Instagram, avqust ayında yayımladıqları Instagram Stories ilə əlaqədar də bəzi statistik rəqəmlər paylaşıb. Verilən məlumatlara görə hər gün 100 milyondan çox gündəlik aktiv istifadəçisi olan Stories xüsusiyyəti, canlı nəşrlərin da əlavə olunmasıyla artıq daha rəngli bir hal alacaq.

live-videos

Açıqlanan ikinci xüsusiyyət isə heç şübhəsiz Snapchat‘ı hədəf alır. Instagram üzərindən istifadəçilərin xüsusi mesajlaşmaları əsnasında müəyyən bir müddət sonra yoxa çıxa bilən fotoşəkilləri bir-birlərinə göndərə biləcəklər. Instagram’ın Instagram Direct olaraq adlandırdığı xüsusi mesajlaşma hissəsi isə ayda 300 milyondan çox adam tərəfindən istifadə edilir. İstifadəçilər bir-birləriylə ya da yoldaş qrupları ilə bura üzərindən mesajlaşırlar. Bu səfər yeni gələn Instagram Direct xüsusiyyəti isə fotoşəkillərin və videoların yayıldıqdan sonra yox olmasını təmin edəcək şəkildə inkişaf etdirilmişdir.