Rio 2016

İnna Osipenko-Rodomska və Valentin Demyanenko finalda

863views

Olimpiadada avarçəkənlərimiz bizi sevindirməyə davam edir.Bugün 2 avarçəkənimiz mübarizəyə qoşulub.Artıq 200m məsafəyə tək kayak növündə bürünc medal qazanan İnna bu gün isə 500m məsafəyə tək kayak növündə mübarizə aparıb.Təmsilçimiz həm təsnifatda, həm də yarım finalda uğurlu çıxış edərək finala vəsiqə qazanıb. Kişilərin 200m məsafəyə tək kanoe yarışlarında daha bir avarçəkənimiz, əsas medal ümidlərimizdən olan Valentin Demyanenko da finala vəsiqə qazanaraq ümidləri doğruldub.

Hər iki təmsilçimizin final görüşləri sabah keçiriləcək.

Elnur Cəfərov
idman xəbərləri yazarı