Avtomobilİqtisadiyyat

İngiltərə şosedə sürücüsüz avtomobil testlərinə başlayır

750views

Sürücüsüz avtomobillərin qarajımıza girməsinə daha vaxt var. Lakin yollardakı sürücüsüz avtomobillərin sayı getdikcə artır. ABŞ-dan sonra Birləşmiş Krallıqda da xalqa açıq şoselərdə sürücüsüz avtomobil testlərinə başlanılır.

Oxbotica, Oxford Universitetinin Mobil Robot Qrupundan ayrılan iki professor tərəfindən qurulan bir layihədir. Prof. Ingmar Posner və Prof. Paul Newman, sıfırdan avtomobil istehsalına girmirlər. Bunun yerinə modifikasiya etdikləri bir Renault markalı maşın istifadə edərək avtonom sürücülük texnologiyasını inkişaf etdirməyə çalışırlar.

2014-ci ildə qurulan Oxbotica, 2015-ci ildə Wall Street Journalı tərəfindən EMEA’nın ən yaxşı 10 texnologiya cəhdi arasında göstərilmişdi. Oxford Universitetində inkişaf etdirilən selenium adlı texnologiyanı istifadə edən Oxbotica vasitələri, vizual spektrli kameraları və LIDAR sistemiylə ətrafındakı maneələri təsbit edib qəzasız bir şəkildə yoluna davam etməyə çalışır.

Paylaşılan məlumatlara görə, Oxbotica, İngiltərənin Cənub-Şərqi bölgəsindəki Milton Keynes ətrafında sürücülük testlərini edəcək və saatda 5 mil kimi olduqca aşağı bir sürətlə yol alacaq, yəni saatda 8 kilometr. Reutersin paylaşdığı məlumatlara görə, bu addım İngilis hökumətinin sürücüsüz vasitələr mövzusundakı təşviqidir. Daha əvvəl Uber, Google və Baidu’nun San Franciscoda icazə aldığını bilirik və görünüşə baxılsa Birləşmiş Krallıq da bu mövzuda boş dayanmaq istəmir. Gərək texnoloji tərəqqini təşviq etmək, istərsə də qanuni tənzimləmələr baxımından addımlar atılır.

2000-ci ilin başında uçan avtomobillər görməyi gözləyirdik amma sürücüsüz vasitələrin belə gerçək mənada trafikə qarışması üçün 2020-ci ili gözləməmiz lazım olacaq. Təbii ki, təxminlər tutarsa …