SağlamlıqTəbiət

Gündə ən az 1, 2 ədəd yeyilməli 9 faydalı çərəz

Çərəzlərin faydaları
2.96Kviews

Rifahı yüksək tutmaq, sağlamlığı yaxşılaşdırmaq qabiliyətinə malik çərəzlərin daimi isifadəsi mütləqdir.

Sağlamlığınız üçün faydalı olan 9 əsas çərəz növünə diqqət:

1. Hind qozu

yaaz.az Kakos

Dünyanın ən böyük qozu, Hind qozu kokosdur. Bu qozun çəkisi 4 kg’a qədər ola bilir. Əla dadı və ətri ilə yanaşı, özündə B qrupuna daxil vitaminləri, yüksək miqdarda makro və mikroelementləri ehtiva edir. İmun sisteminə, qalxanvari vəz xəstəkliklərinə faydalıdır. Kokos, şirəsinin cavanlaşdırıcı təsiri ilə də məşhurdur.


2. Qoz

yaaz.az Qoz Çərəzlər

Qafqazda Qozağacı müqəddəs ağac sayılır. Dünyada 4 əsri yaşamış qoz ağacları mövcüddur. Amin turşuları, tanninlər və faydalı mineralları özündə ehtiva edən Qoz bədəni anemiya, ürək və mədə xəstəliklərindən qoruya bilir.


3. Fındıq

yaaz.az Fındıq Çərəzlər

Fındıq qədim zamanlardan faydası ilə çox məşhurdur. Çərəzin bu növü özündə yüksək miqdarda A və E vitaminlərini cəmləşdirib. Beynin inkişafını sürətləndirən fındığı, çiy halda qovurmdan yemək daha məsləhətdir. Hind və Asiya mətbəxinin əvəzsiz çərəzi Fındıq, böyrək ağrılarını sakitləşdirir. Bədən və zehni yorğunluğu aradan aparır.


4. Şabalıd

yaaz.az Şabalıd Çərəzlər

Fransada bu çərəzin şərəfinə xüsusi Şabalıd günü də qeyd olunur. Həmin gün bütün küçələr qovrulmuş şabalıd qoxur. Ətri ilə bütün kafe və restolaranları bürümüş bu çərəzin əlavəsi ilə müxtəlif cür təamlar təklif edirlər. Özündə B və C vitaminlərini ehtiva edən Şabalıd, ürək-damar xəstəlikləri üçün faydalıdır. Tərkibində olan yağ turşuları isə damar sərtləşməsinin qarşısını alır.


5. Badam

yaaz.az Bdam Çərəzlər

Badam, bədən və zehni yorğunluğu aradan qaldırır. Ürək xəstəliklərinə meylli insanlara həkimlər həftəyə 60 qramdan az olmamaq şərti ilə badam yeməyi məsləhət görür. Desertlərin hazırlanmasında istifadəsi əvəzsiz olan bu çərəz fosfor, kalium və dəmirlə zəngindir. Şəkəri qanda tənzimləyir.


6. Püstə

yaaz.az Püstə Çərəzlər

Püstələrin kalorisinin az olmasına, tərkibinin mineral və vitaminlər ilə bol olmasına baxmayaraq – onun çox istifadəsi insana zərərlidir. Bir adamın sutkalıq norma həddi cəmi 15 ədəddir. Nəfəs yolları xəstəliklərində, qanazlığında əvəzsiz rolu vardır.


7. Keşyu

yaaz.az Keştunu Çərəzlər

Keşyudan xörəklərdə, müxtəlif souslarda və desertlərdə istifadə edirlər. İmun sistemini yüksək tutan Keşyunun ürək-damar siteminin çalışmasında əvəzsis rolu var. Gündəlik 20 ədəd bu çərəzin istifadəsi bədəni sutkalıq dəmir tələbatını təmin edə bilir.


8. Brazilya qozu

yaaz.az Brazilya qozu Çərəzlər

Brazilya qozu araşdırmalara görə ən dadlı qoz hesab olunur. Salat və desertlərdə geniş istifadə olunan bu çərəzin cəmi 2 ədədini yeməklə gün ərzində gümrahlılıq əldə etmək olar. Erkən yaşlanmanın qarşısını alan Brazilya qozu təmiz və gözəl dəri bəxş edər, ürək xəstəlikləri riskini azaldar.


9. Yerfındığı

yaaz.az Yer Fındığı Çərəzlər

Dünyada 70 növü mövcüd olan Yerfındığı əla antioksidandır. Həftədə 30 qram yerfındığı yemək ürək və damar xəstəlikləri, öd daşının meydana gəlmə riskini azaldır, qanda xolesterol nisbətini salır. Yerfındığı aldıqda əlinizə alıb silkələyəndə, içindən səs gəlməyənlər daha keyfiyyətli hesab olunur. Görmə və eşitməni gücləndirir. Bu çərəzdən kimya sənayesində yapışqan və plastik istehsalında xammal kimi də stifadə edirlər.

Yekun olaraq onu qeyd edək ki, yaşından aslı olmayaraq gün ərzində 1-2 ədəd də olsa çərəz yemək beyin mütəxəssisləri tərəfindən israrla tövsiyə olunur. Xüsusilə də inkişafda olan uşaqlar üçün bunun çox önəmli olduğu qeyd olunur.