
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 37 mərtəbəli bir göydələnin təpəsindən heç bir təhlükəsizlik tədbiri olmadan sallanan və bu görüntüləri sosial mediada bölüşən rus model Viktora Odintsova, ölkəyə girişinin qadağan olunmasından narahatdır.
Rus model Viktora Odinstsovanın Instagram hesabından paylaşdığı və Dubayda 37 mərtəbəli bir göydələnin təpəsində birinin köməyi ilə aşağı sallandığı videoda heç bir təhlükəsizlik tədbirinin olmaması böyük reaksiya çəkmişdi. Odintsova, hadisədən sonra şəhərdəki bir polis mərkəzinə çağırılmışdı.
Odinstova isə, Al Ərəbi televiziyasına verdiyi açıqlamada olanlardan sonra BƏƏ-yə girişinin qadağan olunmasından narahatlıq keçirdiyini söyləyib.
Odintsova “Etdiyimin tamamilə doğru bir şey olmadığını bilirəm. Etdiklərim ilə fəxr etmirəm və Dubay rəsmilərinin geri qayıtmağımı qadağan etməmələrini ümid edirəm” deyib.
Həmçinin şəhərdə bənzər bir şeyi təkrar etməyəcəyinə dair sənəd imzalamaq məcburiyyətində qaldığını da qeyd edən rus model “Şəkil çəkdirərkən o anda çox qorxmamışdım. Videoçarxı izləyib fotoları görəndən sonra özümü atdığım təhlükənin fərqinə vardım” ifadələrini bildirib.