İqtisadiyyat

Google, 2017-ci ildə 100% yenilənə bilən enerjiyə keçəcək

Google
682views

İnternet nəhəngi Google, 2017-ci il etibarilə tamamilə yenilənə bilən enerjiyə keçəcəyini bildirib.

Hal-hazırda dünyada istehsal olunan elektrik enerjisinin təxminən 23.7%i yenilənə bilən enerji qaynaqları vasitəsi ilə əldə edilir. Ancaq bu rəqəm təbii ki kafi deyil. Son illərdə isə bu sahədə böyük bir dəyişiklik baş verməkdədir. Xüsusilə texnologiya istiqamətli şirkətlər bu mövzuda ciddi addımlar atırlar və hər kəsə nümunə olacaq bu addımlarını davam etdirirlər.
Son olaraq bu il reallaşdırdığı iPhone SE təqdimatında dünya daxilində müəssisələrinin 93% nisbətində yenilənə bilən enerjiylə çalışdığını bildirən Applenin ardından bu mövzuda bir əhəmiyyətli məlumat da Googledən verilib.
İnternetdə nəhəng bir məlumat bazasını idarə edən Google, bu sistemin davamlılığını təmin edə bilmək üçün tam 13 nəhəng məlumat mərkəzini aktiv olaraq istifadə edir. Bu data mərkəzləri saatda təxminən 5,7 terawatt elektirik istehlak edir. Google gələcək il ilə birlikdə tamamilə enerjisini külək və günəşdən təmin edərək təbiətə ən az zərəri vermiş olacaq.

Google enerji menbeyi