Futbol

Gianni Infantino’dan çılğın təklif | Klublar Dünya Kuboku

497views

FIFA prezidenti Gianni Infantino’nun yeni layihəsi, Klublar Dünya Kubokunda kiçik bir inqlab edə bilər.

Gianni Infantino, Klublar Dünya Kubokunu İyun ayına keçirdərək, 32 komandadan ibarət, Çempionlar Liqası səviyyəssində bir yarışa çevirmək niyyətindədir. İtaliyalı rəhbər, həmçinin yarışı həmişəki kimi dekabr ayında deyil iyun ayında həyata keçirməyi təklif edir.

Yeni formatın 2019-cu ilin yay aylarında həyata keçə biləcəyini söyləyən Infantino, ” Xatırlatmaq istəyirəm ki, futbol yalnız Avropa və Cənubi Amerikadan ibarət deyil. Dünya dəyişir və biz də doğan ehtiyacları qarşılamaq üçün Klublar Dünya Kubokunu, komandalar və azarkeşlər üçün daha maraqlı vəziyyətə gətirməliyik. Bu şəkildə, daha keyfiyyətli qrupları bir yerə toplayaraq, televiziya verilişləri və sponsorlardan daha çox gəlir əldə etməyi düşünürük. ” deyə ifadəsində bildirib.

Xatırladaq ki, Fevral ayında FİFA prezidenti seçilən UEFA’nın sabiq baş katibi Gianni Infantino, Dünya Kubokunun 32 komandadan 48’ə çıxarılmasını təklif etmişdi.

Dünya Klublar Kuboku ilk olaraq 2000-ci ildə təşkil olunub. Turnirin son çempionu, Argentina klubu River Plate’i finalda məğlub edən Barcelonadır. Bu il isə,Yaponiyada təşkil olunacaq Dünya Klublar Kubokunda Avropa qitəsini, son Çempionlar Liqası çempionu Real Madrid təmsil edəcək.

Matç təqviminin son illər gedərək sıxlaşması səbəbindən, yerli Federasiyaları liglerdeki sıra sayını nəzərdən keçirməsi lazım olduğunu bildirən Infantino, La Liga’daki sıra sayının 18-ə salınaraq liqanın daha keyfiyyətli və daha az bezdirici ola biləcəyini söyləyib.