Kubanın ən gizli tutulan nöqtələrindən biri indi ölkənin ən əhəmiyyətli və ən çox ziyarət edilən yerlərindən birinə çevrilib.
Kuba İnqilabının əfsanəvi lideri Fidel Castro’nun 25 Noyabrda vəfat etməsindən təxminən bir il əvvəl inşasına başlanan inqilabın doğuş yeri Santiagodakı məzarı gündə təxminən 2 min insan tərəfindən ziyarət edilir.
Sadə bir qranit daşdan ibarət olan və lövhə üzərinə Castor’nun yalnız adının yazılı olduğu abidə, ziyarətçiləri təsirləndirir.
Kanadalı bir turist Michael Derowin mezarla əlaqədar düşüncələrini bölüşərək, “Məzarı ziyarət etməyə gəldiyimizdə təmtəraqlı heykəl və ya böyük bir abidə əvəzinə, inqlabı necə gördüyünü göstərən sadə bir daş ilə qarşılaşdıq. Çox təvazökar bir insan idi və bunu görmək çox gözəl oldu” deyə bidlriib.
Qeyd edək ki, Fidel Castro’dan sonra rəhbərliyə gələn Raul Castro, əfsanəvi liderin istəyinə uyğun olaraq böyük qardaşının adının küçələrə və abidələrə verilməsini qadağan etmişdi.