Facebookda çalışmaqdan daha cəlbedici bir texnologiya işi düşünmək çətindir.
Facebook, 1,59 milyard aktiv istifadəçi sayı ilə sosial şəbəkədə inanılmaz və təbii liderliyə çatıb. Şirkət İcraçı Direktoru Mark Zuckerberg Amerikada ən sevilən rəhbərlərdən biridir. Həmçinin şirkətin COO-su Sheryl Sandberg də ən məşhur rəhbərlərdən biridir.
Glassdoorun bildirdiyi ödəmə rəqəmlərinə görə, Facebook investor-bankir səviyyəsində pul qazanıla bilinən bir yerdir. Əlbəttə, əgər mühəndissinizsə.
Glassdoora görə, Facebookdakı 15 fərqli vakansiya üçün ümumi rəqəmlər – illik maaş və bonus – olmaqla, artan ardıcıllıqla bu şəkildədir:
1. Məhsul Analitiki: $118,864
2. İstehsalat Mühəndisi: $132,534
3. İstifadəçi İnterfeys Mühəndisi: $146,708
4. Göstərici Mühəndisi: $146,949
5. Şəbəkə Mühəndisi: $160,172
6. Proqram Mühəndisi III: $171,076
7. Tədqiqat-araşdırma vəzifəsi: $172,705
8. Texniki Proqram Direktoru: $175,589
9. Proqram Mühəndisi: $183,397
10. Göstərici məlumat vəzifəsi: $185,743
11. Məhsul Mühəndisi: $194,907
12. Proqram Mühəndisi IV: $209,988
13. Yuxarısəviyyə Proqram Mühəndisi: $211,647
14. Proqram Mühəndisi V: $259,349
15. Mühəndislik Rəhbəri: $380,861
Əgər bu işlərdən birinə sahil olmaq istəyirsinizsə, göstəricilərinizə əsasən, Stanford Universiteti, Kaliforniya Universiteti, Berkli və ya Ostin, Texas Universitetlərində təhsilli olmalısınız.