Eurovision 2017 səhnəsi
642
Bu il Ukraynada, Kiyev şəhərində keçiriləcək Eurovision mahnı müsabiqəsinin səhnə tərtibatı artıq məlumdur.
Eurovision səhnəsini daha əvvəl, Bakıda keçirilən Eurovision 2012 daxil daha 2 müsabiqənin də dizayneri olan, Florian Wieder hazırlayıb.
2017 üçün hazırlanan dizayn Ukraynanı may ayında Avropanın mərkəzi olmaqla simvolizə edir və ifaçıları mümkün qədər izləyicilərə yaxın olmağa imkan verir. Çoxsaylı media səthini birləşdirən dinamik səhnə tərtibatı, hər bir çıxış üçün uyğun şərait yaradacaq, hər ifaçı özünü gecənin ulduzu olaraq görməyə imkan verəcək.
add a comment