UEFA-nın aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək Konqresində İcraiyyə Komitəsinə seçilmək uğrunda 8 yer üçün 13 namizəd mübarizə aparacaq. AFFA-nın baş katibi Elxan Məmmədovdan başqa, siyahıda Zbigniew Boniek (Polşa), Kairat Boranbayev (Qazaxıstan), John Delaney (İrlandiya), Armand Duka (Albaniya), David Gill (İngiltərə), Reinhard Grindel (Almaniya), Marios N. Lefkaritis (Kipr), Elkhan Mammadov (Azərbaycan), Karl-Erik Nilsson (İsveç), Kieran O’Connor (Uels), Michele Uva (İtaliya), Michael van Praag (Niderland) və Servet Yardımcı (Türkiyə) var.

İcraiyyə Komitəsi UEFA-nın ən yüksək icra orqanıdır. O, UEFA prezidenti və UEFA Konqressi tərəfindən seçilən ən azından bir qadını özünə daxil edən 16 digər üzvdən ibarətdir. UEFA Konqressi tərəfindən seçilən Prezident və İcra Komitəsi üzvləri səlahiyyətlərinin qüvvədə olduğu müddət dörd ildir.