Sağlamlıq

Diş həkimləri: “İş yerində şirniyyatı azaldın”

Şirniyyatın sağlamlığa ziyanları
988views

İngiltərədə diş həkimləri, iş yerinə gətirilən tort, peçenyə kimi şəkər və yağ nisbəti yüksək olan qidaların sağlamlığa ziyan olduğu xəbərdarlığını edib.

Royal College of Surgeons (Kral Cərrahlar Kolleci) Diş həkimləri Fakültəsi, iş yerində yaradılan ‘şirniyyat hədiyyəsi mədəniyyətinin’ kökəlməyə səbəb olduğunu və ağız sağlamlığını pozduğunu bildirib.

Fakültənin dekanı Professor Nigel Hunt, idarəçilərin şirniyyat mükafatı ilə işçilərini təbrik etmək istəməsi və ya tətildən hədiyyə olaraq şirniyyat gətirməsinin iş yerində şəkər qəbulunu artırdığını söyləyib.

Belə halların insanların sağlamlığına olduqca zərər verdiyini vurğulayan professor, çalışan fərdləri yeni ildən etibarən ‘şirniyyat hədiyyəsi mədəniyyətinə’ qarşı mübarizə aparmağa çağırıb.

yaaz.az Şirniyyatın ziyanları

Həkimlər həmçinin iş yerində şirniyyatdan uzaq dayana bilməyən insanlara bəzi təkliflər hazırlayıb.

1. Şəkəri az olan şiriniyyat növlərinə yönəlin.

2. Boşqablarınız böyükdürsə balacası ilə əvəz edin.

3. Əlüstü xırda qidalardan imtina edib şirniyyat qəbulunu günorta yeməyinə saxlayın.

4. Hətda şirniyyat yeməklərinizin gündəlik planlarını qurun.

5. Əgər şirniyyat daim gözünüzün önündədirsə onu kənara, görə bilməyəcəyiniz yerə uzaqlaşdırın.