Premier Liqanın lideri Chelsea, Braziliyalı futbolçusu Oscar’ın Çin Super Liqası qruplarından Shanghai SIPG’ə transfer olduğunu rəsmi olaraq açıqlayıb.
London klubunun internet saytından yayımlanan məlumatda 25 yaşındakı oyunçunun yanvar ayında Çin klubuna qatılacağı bildirilib.
Shanghai SIPG, bu transfer üçün Chelsea’yə 70.5 milyon avro ödəyəcək. Oscar beləcə, London klubunun bu günə qədər satdığı ən bahalı oyunçu ünvanına sahib olacaq. Futbolçunun isə həftəyə 420 min avro maaş alacağı bildirilir.
Chelsea Football Club and Shanghai SIPG have agreed terms for the permanent transfer of Oscar… https://t.co/7izeugHu1J
— Chelsea FC (@ChelseaFC) December 23, 2016
2012-ci ildə Internacional klubundan Chelsea’ə 32 milyon avro qarşılığında transfer olan Oscar, London qrupunda keçirdiyi 4 il yarım ərzində 203 rəsmi matça çıxaraq 38 qol və 37 məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliya Milli Komandası forması ilə də 48 matça çıxan Oscar, bu mövsüm Chelseanin yeni baş məşqçisi Antonio Conte’nin tətbiq etdiyi 3-4-3 sisteminə uyğun gəlməməsi səbəbindən kənarda qalmışdı.