Futbol

Beşiktaş üçün həlledici və Çempionlar Liqasının bu gün keçiriləcək digər oyunları

723views

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin son oyunlarına start veriləcək.

İlk olaraq A, B, C və D qrupunda yer alan komandalar mübarizəni başa vuracaqlar. Keçiriləcək oyunlardan bəziləri forma xarakter daşıyır. A qrupunda lider PSJ öz meydanında “Ludoqorets”i qəbul edəcək. Paris klubu qələbə qazanmaqla 1/8 finala qrup birincisi kimi yüksələcək.

Əsas diqqətlər B qrupuna yönələcək. Çünki son tur öncəsi “Napoli”, “Benfika” və “Beşiktaş”ın 1/8 finala yüksəlmək şansı var.

Səfərdə Kiyev “Dinamo”sunun qonağı olacaq İstanbul klubu qələbə qazanmaqla istəyinə çata bilər. Ukrayna paytaxtında heç-heçə qeydə alınsa və “Benfika” qələbə qazansa, o zaman “Napoli” mübarizəni Avroliqada davam etdirəcək.

C qrupundakı hər iki, D qrupunda isə “Atletiko” və “Bavariya”nın görüşü heç bir əhəmiyyət kəsb etmir.

Çempionlar Liqası

VI tur

6 dekabr

A qrupu
23:45. “Bazel” (İsveçrə) – “Arsenal” (İngiltərə)
23:45. PSJ (Fransa) – “Ludoqorets” (Bolqarıstan)

N Klublar O Q H M T-F X
1 PSJ 5 3 2 0 11-5 11
2 Arsenal 5 3 2 0 14-5 11
3 Ludoqorets 5 0 2 3 4-13 2
4 Bazel 5 0 2 3 2-8 2

B qrupu
23:45. “Benfika” (Portuqaliya) – “Napoli” (İtaliya)
23:45. “Dinamo” (Kiyev, Ukrayna) – “Beşiktaş” (Türkiyə)

N Klublar O Q H M T-F X
1 Benfika 5 2 2 1 9-8 8
2 Napoli 5 2 2 1 9-7 8
3 Beşiktaş 5 1 4 0 9-8 7
4 Dinamo K 5 0 2 3 2-6 2

C qrupu
23:45. “Barselona” (İspaniya) – “Borussiya” (Münhenqladbax, Almaniya)
23:45. “Mançester Siti” (İngiltərə) – “Seltik” (Şotlandiya)

N Klublar O Q H M T-F X
1 Barselona 5 4 0 1 16-4 12
2 Mançester Siri 5 2 2 1 11-9 8
3 Borussiya M 5 1 2 2 5-8 5
4 Seltik 5 0 2 3 4-15 2

D qrupu
23:45. “Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya)
23:45. PSV (Hollandiya) – “Rostov” (Rusiya)

N Klublar O Q H M T-F X
1 Atletiko 5 5 0 0 7-1 15
2 Bavariya 5 3 0 2 13-6 9
3 Rostov 5 1 1 3 6-12 4
4 PSV 5 0 1 4 4-11 1