Futbol

Barcelona 6 qol ilə qalib gəldi, Luis Enrique klubdan ayrılacağını açıqladı

Luis Enrique
1.12Kviews

La Ligadaki 25-ci həftə mübarizəsində Barcelona, Sporting Gijonu 6-1 məğlub edib.

Barcelona texniki direktoru Luis Enrique, matç sonrası vida bəyanatı verib.

Barcelona ayrılma qərarını ilk soyunub-geyinmə otağında futbolçularına daha sonra da mətbuat otağında jurnalistlərə deyən Enrique, “Mətbuat konfransını fərqli bir şəkildə bitirəcəyəm. Gələcək mövsüm Barcelonanın məşqçisi olmayacağam. Bu mənim üçün çox çətin, çox düşünülmüş və müzakirə olunmuş bir qərardır. Düşündüklərimə sadiq qalacağam inanıram.” deyib.


Xatırladaq ki, 3 mövsümdür Barcelonanın məşqçisi olan 46 yaşlı Luis Enrique, Katalon klubuna 8 kubok qazandırıb. Bu mövsüm Kral Kubokunda finala qalan və Real Madridin yanında liqa çempionatını davam etdirən Barcelona, Paris Sent Germain məğlubiyyətindən sonra Çempionlar Liqasında yoluna davam etməsi çətin görünür.