Həyat tərziMaraqlı

Barbie-qadınlar: onlar xoşbəxtdirlərmi?

1.29Kviews

Barbie – standart qadın gözəlliyindən kənar, lakin qadınların çox gözəl hesab etdiyi gəlincikdir.
Kiçik ikən hər qızın sevərək oynadığı Barbie, illər keçsə də kiçik qızlar üçün “gözəllik etalonu” olaraq qalır. Lakin elə qadınlar da var ki, böyüsələr belə Barbie-yə olan marağı tərgidə bilmirlər.

Özlərini “gözəllik etalonu”na bənzədən bu qadınlar xoşbəxtdirlərmi?

b2
Sindi Cekson

Amerikalı Sindi Cekson Ginnesin rekordlar kitabına ən çox plastik əməliyyat keçirmiş qadın kimi daxil olub. Sidnin plastik əməliyyata marağı sevgilisindən ayrıldıqdan və böyük mirasın sahib olduğunu bildikdən sonra başladı. Sindinin bədənində əməliyyat olunmayan tək hissəsi – alt dodağıdır.

Sindi xoşbəxt olduğunu söyləyir. Hesab edir ki, çox saylı plastik əməliyyatların onu tanınmış simaya çevirməsi – böyük uğurdur.

 

 

b4
Valeriya Lukyanova

Valeriya Lukyanova Ukraynanın Odessa şəhərində yaşayır. O, özünü ilahə adlandırır. Model kimi fəaliyyət göstərən Valeriya, ezoterika ilə məşğul olur, şəxsi bloqu var. Heç bir əməliyyat keçirmədiyini bildirən Valeriya, daxili azadlığa çatdığını və xoşbəzt olduğunu bildirir. Lakin plastik cərrahlar Valeriyanın əməliyyat keçirdiyini, hətta bir neçə əməliyyat keçirdiyini vurğulayırlar.

 

 

b6
Hanna Qreqori

Britaniyalı tələbə Hanna Qreqorinin beli 55 sm-dir. O, gözlərini iri göstərən linzalardan istifadə edir və evdən hər zaman yaratdığı “obrazda” çıxır. Hanna Barbie-qadınlar arasında yeganə qadındır ki, heç bir plastik əməliyyat keçirməyib. O, gəlincik görünüşündə özünü daha rahat hiss edir. Müsahibələrin birində bildirib ki, kiçik ikən çox incik uşaq olub, çox böyük komplekslərlə böyüyüb. Bütün bu kompleksləri gizləməyin, insanlardan “qaçmağın” yeganə yolu isə – gəlincik olmaqdır.

 

 

b8
Anjelika Kenova

Anjelika Kenova Moskvada yaşayır. O, ailəsi və şəxsi həyatı haqda heç bir məlumat verməsə də, “Barbie” marağına  “sərmayə” qoyanın atası olduğunu bildirir. Anjelika soyadında belə Barbie-nin sevgilisi Ken-in adından istifadə edir. Uşaq psixologiyası üzrə təhsil alan qız, psixoloq kimi çalışıb çalışamayacağı ilə bağlı qərar qəbul etməyib.

 

 

b11
Anastasiya Şpagina

Vizajist kimi fəaliyyət göstərən Anastasiya, uşaqlıqdan yapon anime cizgi filmləri ilə maraqlanır. O, özünü “güllərin pərisi” adlandırır. Anastasiya yalnız bir əməliyyat keçirib – göz formasını dəyişmək üçün. Üzünün əsas görüntüsü isə peşəkar makiyajın nəticəsidir. Anastasiya evdən yalnız “anime” obrazında çıxır. Onun obrazı o qədər bəyənilir ki, Anastasiya artıq alman makiyaj markası “Yoida”nın reklam üzüdür.