Cari ilin 28 oktyabr tarixində Vehbi Koç Fondunun Sağlamlıq Qurumlarının (Amerikan Xəstənası, Koç Universiteti Xəstəxanası və MedAmerikan Ambulator Mərkəzi) Azərbaycan üzrə rəsmi təmsilçisi olan “Rhazes Global” və “Global Sağlamlıq” İctimai Birliyinin təşkilati dəstəyi ilə “I Uroloji elmi-tibbi” konfransı həyata keçirilmişdir.
Konfransın ümumi məqsədi iki ölkə arasında tibb sahəsində yeniliklərin müzakirəsi və istifadə olunan metodların qarşılıqlı fikir mübadiləsinin aparılması olmuşdur. İki hissədən ibarət olan konfransın birinci hissəsində Urologiya üzrə dünyaca məhşur professor Tarık Esen “Prostat diaqnozunda yeniliklər və Urologiyada Robotik Cərrahiyə” mövzusunda dəyərli fikirlərini konfrans iştirakçıları ilə bölüşüb. Konfransın ikinci hissəsində isə professor, Sergin Akpek “Multiparametrik prostat MR və MR müşayiətində biopsi” mövzusunda çıxış etmişdir. Daha sonra konfrans iştirakçılarının sertifikatla mükafatlandırılması mərasimi həyata keçirilmişdir.
Qeyd edək ki, konfransda 150-dən çox həkim iştirak edib.