
850views
Yeni böyük miqyaslı layihədə Time 1826-2015 illərdə çəkilmiş, dövrün ən görkəmli, cəmiyyətə təsir edən, əhəmiyyətli fotolarını toplayıb. Bu layihənin reallaşması üçün fotoqraflar ilə birgə tarixçilər də çalışıblar.
Layihənin başlığında deyilir:
Fotonun əhəmiyyətini müəyyənləşdirmək üçün bir formul yoxdur. Bu siyahıya düşən şəkillər ya öz tərzində ilkdir, ya bizim düşüncə tərzimizi formalaşdırıb, ya da həyatımızı dəyişib. Bu foto-şəkilləri birləşdirən yeganə xsüsiyyət – Bəşər tarixində dönüş anını əks etdirmələridir.
Ən əhəmiyyətli foto-şəkillərin sırasına görkəmli fotoqrafların işlərindən əlavə, telefonla çəkilmiş ilk foto da daxil olub.
Daha çox foto layihənin rəsmi səhifəsində: Time100Photos
add a comment