Avtomobil

Avtomobil təkərləri üzərindəki yazılar nə məna verir?

Avtomobil təkərləri üzərindəki ifadələr nə mənaya gəlir?
13.3Kviews

Avtomobil təkərləri üzərindəki ifadələr nə mənaya gəlir?

Təkərin yan qismində yazılı ifadələr: (Aşağıdakı təkər üçün etibarlı dəyərlər)

Misal üçün: 175 65 R14 82t
175: Təkərin baza genişliyi – millimetr ölçü vahidi ilə ölçülür
65: yan yüksəkliyinin təkərin baza eninə nisbəti – % (faiz olaraq)
R: radial tip təkər olduğunu bildirir
14: təkərin daxili diametri, təkərlərin ölçüsü olaraq da ifadə edilir. Inch ölçü vahidi istifadə edilir, 1 inch 2.54sm
82: yük indeksi (aşağıdakı cədvəldə yük sinifləri və daşıdıqları ağırlıqlar göstərilmişdir)
T: Sürət sinfi (aşağıdakı cədvəldə sürət sinifləri və qalxdıqları maksimum sürətlər göstərilmişdir)

175 / 65 R 14 ölçüdə 82 yük sinfi və T sürət sinfində təkər
175 / 65 R 14 ölçüdə 82 yük sinfi və T sürət sinfində təkər
Təkərin yük sinifləri
Təkərin yük sinifləri
Təkərin sürət sinifləri
Təkərin sürət sinifləri

Təkərin aşınma miqdarının xəttləri:
Təkərin bazasında yerləşən bu relyef xəttlərin məqsədi təkərlərin nə qədər aşındığını göstərməkdir. Təkər istifadə edildikcə aşınıb bu xəttə gəldiyi zaman etibarlı sürüş xüsusiyyətləri çox azalmış mənasına gəlir və təkərlərin yola yapışması azalır.

Təkərin aşınma xəttləri
Təkərin aşınma xəttləri

Təkərin istehsal tarixi:
Təkər satın alarkən mütləq bu tarixə baxmaq lazımdır. Aşağıdakı nümunədə istehsal tarixi kimi 1204 sayı 2004-ci ilin 12-ci həftəsi mənasına gəlir. Təkərlər maşının üzərində taxılı ikən təkərin relyef xəttləri dərinliyindən asılı olmayaraq ən çox 5 il etibarlı bir şəkildə istifadə edilə bilinər. Hava şərtləri səbəbiylə təkərin kauçuku köhnəlir və yola yapışma xüsusiyyəti zəifləyir. Həmçinin təkərin kauçukunda çatlamalar meydana gəlir və yolda gedərkən təkər partlayışları baş verir.

İstehsal tarixi 2004-cü ilin 12-ci həftəsi
İstehsal tarixi 2004-cü ilin 12-ci həftəsi