
Avstraliya, 2020-ci ildə pasportların əvəzinə biometrik texnologiyanı istifadə etməyi planlaşdırır.
Texnologiyanın ən çox istifadə edilməsi gözlənilən sahə və lazım olan sahələrin başında heç şübhəsiz ki “təhlükəsizlik” gəlir. Bu sahədə də işlər sürətlə davam edir. Son olaraq Avstraliya, pasport əvəzinə biometrik texnologiyanı istifadə etməyi planlaşdırdığını bildirib.
The Guardianın xəbərinə görə, 2020-ci ildən etibarən Avstraliyaya səfər edən beynəlxalq sərnişinlər pasporta ehtiyac duymayacaqlar. Aparılan rəsmi təbliğatda standart kağızların yerini, sərnişinləri iris və ya barmaq izi əvəzi həmin cihazlarda üzündən tanıyacağı biometrik texnologiyaya keçiləcək.
Əgər işlər planlaşdırıldığı kimi getsə, Avstraliyaya enəcək olan beynəlxalq sərnişinlər, sanki, yerli vətəndaş kimi sərbəst şəkildə hava limanından ayrıla biləcəklər.
Pilot tətbiqi başlayır
Digər tərəfdən, 5 il ərzində ölkədəki bütün hava limanlarında fəal olacaq olan sistemin 94 milyon dollara başa gələcəyi bildirilir. Bu arada bu sistemin pilot tətbiqi isə ölkənin paytaxtı Canberrada, iyul ayından etibarən başlayacaq.