Dünya

Avropa ölkələrində öldürücü radioaktiv hissəciklər tapıldı

1.35Kviews

Avropa ölkələrində öldürücü radioaktiv hissəciklər tapıldı.

Norveçli elm adamlarının etdiyi ölçümlərdə, 7 Avropa ölkəsində İyot-131 adı verilən radioaktiv hissəciklərin miqdarında artım yaşandığını ortaya çıxıb. Öldürücü xüsusiyyətli radioaktiv hissəciklərin haradan yayıldığı isə müəyyən edilməyib.

Norveç Radiasiya Qoruma Təşkilatı, keçən yanvar ayında Norveç, Finlandiya, Polşa, Çexiya, Almaniya, Fransa və İspaniyadakı hava sahələrində İyot-131 adlı radioaktiv hissəciklərin intensivliyində artım müəyyən edildiyini açıqlayıb.

Mütəxəssislər sözügedən izotopların radioaktiv maddə gücünün yarıya enməsi üçün keçməsi lazım olan müddətin ən çox 8 gün olduğunu, buna görə də qısa bir müddət əvvəl baş vermiş hadisədə atmosfer vasitəsilə ölkələrə yayılmış olacaqlarına işarə edir. Hissəciklərin yayılımından mənbəyinin Şərqi Avropa ola biləcəyi ehtimalı üzərində dayanılsa da, radiasiya dağıldığı nöqtə hələ qəti olaraq müəyyən olunmayıb.

Hissəciklərin çox aşağı sıxlıqda olmasına görə sağlamlıq riskinin az olduğunu qeyd edən Norveç Radiasiya Qoruma Qurumunun rəsmisi Astrid Liland, bu səbəblə yanvar ayının ikinci həftəsində iyot-131-in müəyyən edilməsinə baxmayaraq, həyəcan səviyyəsini qalxmadığını ifadə edib.

Liland, “Havada zamanla az miqdarda radioaktivlik dərəcəni ölçürük, çünki çox həssas ölçü cihazlarımız var. Yanvar ayında Svanhovddaki sahələr çox aşağı idi. Finlandiya kimi qonşu ölkələrdə aparılan sahələr də var. Radiasiya səviyyələri, insanlar və ya ətraf mühit üçün narahatlıq yaratmır. Əsl problem mənbəyini tapa bilməməkdir” deyib.

Hissəciklərin qəza nəticəsində hipertireoz və qalxanabənzər xərçəngi müalicəsində istifadə edilən bir tibbi müəssisə və ya nüvə bir reaktor tərəfindən sərbəst buraxılmış ola biləcəyi bildirilir.